...

Digər dövlətlər tərəfindən Qırğızıstana təzyiq prezident seçkiləri zamanı edilə bilər - Kurmanbek Bakiyev

Dünya xəbərləri Materials 17 Aprel 2009 12:17 (UTC +04:00)
Digər dövlətlər tərəfindən Qırğızıstana təzyiq prezident seçkiləri zamanı edilə bilər - Kurmanbek Bakiyev

Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev güman edir ki, digər dövlətlər tərəfindən respublikaya təzyiq dövlət başçısı seçkilərində edilə bilər. "24.kg" informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə o, bu gün Bişkekdə keçirilən Qazaxıstan Respublikası Xalq Assambleyasının VI Qurultayında bildirib.

Dövlət başçısı, xüsusilə bəyan edib ki, təzyiqin səbəbələri respublikanın qəbul etdiyi son iki qərarla bağlı ola bilər - Yuxarı Narında yeni SES-lərin tikintisi və Amerikanın hərbi bazasının bağlanması. "Müvafiq olaraq digər ölkələrin bizim strateji resurslarımız üzərində nüfuz əldə etmək istəyi və təzyiqi güclənir. Bunun üçün bütün mümkün vasitələrdən istifadə olunacaq", - deyə Bakiyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti