...

Türkiyə və Ermənistan "yol xəritəsini" razılaşdırdılar - Türkiyə XİN-i

Dünya xəbərləri Materials 23 Aprel 2009 06:33 (UTC +04:00)
Türkiyə və Ermənistan "yol xəritəsini" razılaşdırdılar - Türkiyə XİN-i

Türkiyə və Ermənistan əlaqələrin normallaşdırılması istiqamətində çərçivə razılığı əldə ediblər. Bu barədə CNN Türk telekanalının xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Nazirliyin bəyanatında deyilir ki, danışıqlarda nəzərəçarpacaq irəliləyiş var və tərəflər barışıq planını nəzərdə tutan "yol xəritəsini" razılaşdırıblar.

"Ermənistan və Türkiyə İsveçrənin dəstəyi ilə ikitərəfli münasibətlərin yaxşılaşdırılması və münasibətlərin mehriban qonşuluq və qarşılıqlı hörmət ruhunda inkişafı məqsədilə intensiv iş apardılar. Bununla da bütün regionda sülh, stabillik və təhlükəsizliyin təmin olunması üçün ciddi addım atıldı". Bu barədə Ermənistan və Türkiyə Xarici İşlər nazirlikləri və İsveçrənin Xarici İşlər Departamentinin birgə bəyanatında deyilir. Məlumatı RİA-Novosti yayıb.

Sənəddə qeyd olunur ki, bu prosesdə hər iki tərəf ciddi proqres və qarşılıqlı anlaşmaya nail olublar. "Danışıq aparan tərəflər razılığa gəldilər ki, hər iki tərəfi razı salacaq qədər münasibətləri yaxşılaşdırsınlar", - deyə bəyanatda bildirilir.

Sənədin müəllifləri qeyd edirlər ki, tərəflərin razılaşdırdıqları prinsiplər danışıq prosesinin davam etdirilməsinə müsbət perspektiv yaradır.

Xəbər lenti

Xəbər lenti