...

"Donuz qripi"nin pandemiya halında yeddi milyona yaxın insan ölə bilər

Dünya xəbərləri Materials 28 Aprel 2009 15:15 (UTC +04:00)
"Donuz qripi"nin pandemiya halında yeddi milyona yaxın insan ölə bilər

"Əvvəlcə Meksikada peyda olan "donuz qripi" virusunun pandemiyaya çevrilməsi halında, bütün dünya üzrə 1,5 milyard nəfər zərər çəkə bilər", Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri hesab edirl'r. Onların proqnozlarını Si-En-En telekanalı təqdim edib.

Ekspertlər hesab edirl'r ki, pandemiya halında virus 18-24 ay ərzində şəhərdən şəhərə yayılaraq, əhalinin 1/3-dən çoxuna yoluxacaq. "ÜST nümayəndələri hesab edirlər ki, 1,5 milyarda yaxın insan kömək üçün həkimlərə müraciət edəcək, onlardan təxminən 30 milyon nəfəri isə hospitallaşdırılacaq", - Si-En-En qeyd edir. "Ümumilikdə, dünya üzrə 7 milyona yaxın insan "donuz qripi"nin pandemiyası zamanı ölə bilər", ÜST-də hesab edirlər, İnterfaks yazır.

Xəbər lenti

Xəbər lenti