...

Dini qruplaşma üzvü olan Azərbaycan və Türkiyə vətəndaşları Rusiyada saxlanılıb

Dünya xəbərləri Materials 28 Aprel 2009 15:21 (UTC +04:00)
Dini qruplaşma üzvü olan Azərbaycan və Türkiyə vətəndaşları Rusiyada saxlanılıb

Dağıstan üzrə Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyi ekstremizmə müqavimət idarəsinin əməkdaşları İzberbaş şəhərində Rusiyada fəaliyyəti qadağan olunan "Nurçular" hərəkatı üzvlərini tutublar. Bu barədə RİA Novostiyə Dağıstan üzrə FTX İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi bildirib.
"Rusiya daxilində ölkənin Ali məhkəməsinin qərarı ilə 2008-ci il aprelin 10-dan etibarən fəaliyyətinə qadağa qoyulan "Nurçular" hərəkatının üzvləri aprelin 24-də İzberbaş şəhərində saxlanılıb. Saxlanılanlar arasında 9 Rusiya, 7 Azərbaycan və bir Türkiyə vətəndaşı var", - FTX rəsmisi deyib.
Onun sözlərinə əsasən, saxlanılanların şəxsi əşyaları baxışdan keçirilərkən 72 min 228 dollar məbləğində maliyyə-hesabat sənədləri və məhkəmə qərarı ilə "ekstremist ədəbiyyat" elan edilən "Nurçular" ədəbiyyatı aşkarlanıb.

"Təşkilatın fəaliyyətinə Türkiyə vətəndaşı Erdəmir Əli İshan himayədarlıq edirdi. Təyin olunub ki, Əli İshan 2009-cu ildə Moskva, Sankt-Peterburq, Kalininqrad, Kostroma, Yaroslavl, Kazan və Krasnoyarska səfər edərək qeyd olunan şəhərlərdə təşkilat üzvlərinin yığıncaqlarını təşkil edib. Yığıncaqlarda ekstremist ədəbiyyatları yayıb və "Nurçular" hərəkatının gələcək fəaliyyət planları barədə söhbətlər aparıb", - FTX əməkdaşı qeyd edib.

Xəbər lenti

Xəbər lenti