...

Dövlət yalnız xalq, partiya və prezident ilə tərəfdaşlıqda uğur əldə edə bilər – Qırğızıstan Prezidenti

Dünya xəbərləri Materials 1 May 2009 14:08 (UTC +04:00)

Dövlət yalnız respublika prezidenti, onun partiyası və xalq ilə tərəfdaşlıqda uğur əldə edə bilər. Bu barədə cümə günü Qırğızıstanın növbəti prezident seçkilərinə namizədliyi irəli sürülən hazırkı Prezidenti Kurmanbek Bakiyev bildirib.

"Yalnız bizim partiyamız, prezident və xalq arasında tərəfdaşlıq şəraitində uğura bel bağlamaq olar", - deyə Bakiyevin "Ak Jol" partiyasının IV qurultayındakı çıxış mətnində bildirilir. Xəbəri AKİpress agentliyi yayıb.

Prezidentin sözlərinə görə, onun yayda keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən partiyanın etibarını qiymətləndirir və onun prezident postuna namizədliyinin irəli sürülməsi böyük məsuliyyətdir.

"Mən partiya tərəfindən namizəd qismində irəli sürülməyimi, hər şeydən əvvəl əsas vəzifəsi hər bir Qırğızıstan vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılması və ümumilikdə millət üçün yeni inkişaf üfüqləri açmaq olan prezident fəaliyyətinin icrası uğrunda ədalətli yarışa partiyanın "putyovkası" kimi qəbul edirəm", - deyə Bakiyev bildirib.

Xəbər lenti

Xəbər lenti