Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası bu gün Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı toplantı keçirəcək. Bu haqda Türkiyənin CNN TÜRK telekanalı məlumat verib.
Trend -un arayışı: Konstitusiyaya ediləcək dəyişikliklərə prezidentin səlahiyyət müddətinin uzadılması, səlahiyyət müddəti bitən prezidentin yenidən nazmizədliyini irəli sürməsi, ölkədə omdusmanlıq və siyası partiyaların bağlanılmasının çətinləşdirilməsi məsələsi daxil olacaq.
Türkiyədə keçirilən 29 mart bələdiyyə seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan Türkiyə Konstitusiyasının dəyişikliyə ehtiyacı olduğunu bildirib. "Türkiyədə Konstitusiya dəyişikliyi qanun çərçivəsində ediləcək", - deyə Toptan bildirmişdi.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da bələdiyyə seçkilərindən sonra Konstitusiyaya qismən də olsa dəyişiklik olacağını qeyd etmişdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]