Türkiyənin yeni xarici işlər naziri Əhməd Davudoğlu Şimali Kiprə səfri zamanı Şimali Kipr Pezidenti ilə görüşündə ölkəsinin bundan sonra da Şimali Kiprə hər cür dəstək verəcəyini bildirib. Bu haqda Türkiyənin TRT2 telekanalı məlumat verib.
"Türkiyə əvəllər olduğu kimi, bundan sonra da Şimalı Kiprə hər cür dəstək verəcək", - deyə Davudoğlu bildirib. XİN rəsmisi onu da bildirib ki, adada sülhün olması üçün tək Türkiyə deyil, eyni zamanda adanın yunan tərəfi və beynəlxalq qurumlar da köməklik göstərməlidirlər.