Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Polşaya rəsmi səfər edib və burada o, Türkiyə-Polşa iqtisadi əməkdaşlığına dair bəyannamənin imzalanması məsələsini müzakirə edəcək. Xəbəri Türkiyənin "The Journal of Turkish Weekly" jurnalı yayıb.
Türkiyə hökumətinin rəhbəri Polşa Prezidenti Lex Kaçinski, Polşa Senatının spikeri Boqdan Boruseviç, Parlament sədri Bronislav Komorovski ilə görüşüb.
Səfər çərçivəsində iqtisadi əməkdaşlıq barədə bəyannamə imzalanacaq. Həmçinin, Türkiyə-Polşa iqtisadi forumunun keçirilməsi gözlənilir.