...

Roma Papası Yaxın Şərq səfərini başa vurub

Dünya xəbərləri Materials 16 May 2009 14:28 (UTC +04:00)

Roma papası XVI Benedikt Yaxın Şərq səfririni başa vurub, Euronews xəbər verir.

Son nitqində pontifik qeyd edib ki, gördüyü ən kədərli şey israillilərlə fələstinliləri ayıran "təhlüşkəsizlik divarı" olub və onun daimi olmayacağına ümid etdiyini bildirb. Xolokost mövzusuna qayıdan Papa "Yad va-Şem" muzeyinin ona etdiyi təsirdən danışıb. "Bunun məndə yaratdığı təəsürat üç il öncə Osvensim (Polşa) səfərindən aldığım təəsüratla eynidir. Osvensimdə xeyli sayda israilli analar, atalar və gənclər antisemitizm və nifrət təbliğ edən allahsız rejim tərəfindən qətlə yetirlib. Tarixin bu qanlı səhifəsini unutmaq və danmaq olmaz", - Roma Papası deyib.

Dünən İsral siyasətçiləri Papanın bazar ertəsi səsləndirilən nitqini tənqid ediblər. Onların fikrincə, pontifik Xolokost qurbanlarına az yer ayırıb.

Beş gün sürən səfər çərçivəsində XVI Benedikt xaçpərəstələrin, müsəlmanların və yəhudilərin də müqəddəs saydığı yerləri ziyarət edib. Roma Papası İsrail və Fələstin rəhbərləri ilə görüşüb. Görüş zamanı Papa hər iki tərəfi Yaxın Şərqdə sülhə nail olmaq üçün yardımçı olmağa səsləyib və "iki xalq üçün iki dövlət" prinsipinə əməl etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti