...

ABŞ Prezidenti müsəlmanlara müraciətindən bir saat öncə Qahirədəki məscidi ziyarət edib

Dünya xəbərləri Materials 4 İyun 2009 14:52 (UTC +04:00)

Al Jazeera telekanalının yaydığı məlumata əsasən , ABŞ Prezidenti Barak Obama və Dövlət katibi Hillari Klinton Qahirədəki Sultan Hüseyn məscidini ziyarət ediblər. 

Yaxın bir saat ərzində Prezidentin Qahirə Universitetinin tribunasından bütün islam dünyasına müraciət etməsi gözlənilir. Müraciətində o, ABŞ ilə müsəlman ölkələri arasındakı münasibətlərdən və Vaşinqtonun regiondakı sülh prosesinə dair planlarından danışacaq.

Öncə Obama Misir Prezidenti Hüsni Mübarək ilə görüşüb, danışıqlar zamanı Fələstin-İsrail sülh prosesi müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti