İranın sabiq Prezidenti keçiriləcək prezident seçkilərinin yekunlarının saxtalaşdırmasının mümkün olması barədə xəbərdarlıq edir.
İranın sabiq Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani bildirib ki, Daxili İşlər Nazirliyinin seçki qutularının sayının artırılması haqqında qərarı qarşıdakı prezident seçkilərinin saxtalaşdırılmasına gətirib çıxara bilər", - PRESSTV xəbər verib.
"Seçki qutularının sayının artırılması narahatlıq doğurur", - o deyib.
Siyasi məqsədəuyğunluğun müəyyənləşdirilməsi üzrə Məşvərət Şurasına rəhbərlik edən Rəfsəncani, həmçinin xalqın seçkilərdə iştirak əzminin qarşısının alınması cəhdləri barədə də xəbərdarlıq edib.