...

Fələstin iqtisadiyyatına ayrılan yardımlar kifayət etmir - Dünya Bankının məruzəsi

Dünya xəbərləri Materials 5 İyun 2009 15:27 (UTC +04:00)

Qəzza sektoruna və Qərb sahilinə kütləvi yardımların əhəmiyyəli təsiri yoxdur, belə ki, İsrailin Fələstinlə ticarətinin məhdudlaşdırılması iqtisadi artıma və inkişafa mane olur. Bu barədə Dünya Bankının məruzəsində deyilir, İsrail qəzeti "Haaretz" xəbər verir.

İsrail hökumətinin iqtisadi məhdudiyyət tətbiq etməsi səbəbindən bu layihələrin əksəriyyəti həyata keçirilmir. Bu barədə donor ölkələrin konfransı ərəfəsində Dünya Bankının bəyannaməsində deyilir.  

Problemi İsrailin post və NBM-ləri yaradır. Bu isə ticarətə, turizmə mane olur, eyni zamanda Mahmud Abbasın qərbyönlü hökumətinin başçılıq etdiyi Qərb sahilində Fələstin tikililərini məhdudlaşdırır.

Donor dövlətlər tərəfindən Şarm-əl Şeyxdəki konfransda vəd verilmiş beş milyard dollardan artıq vəsait hələ də Qəzzaya köçürülməyib, İsrailin hərbu əməliyyatlarından sonrakı bərpaetmə işləri hələ də başlanılmayıb, deyə məruzədə deyilir. 

HƏMAS-ın Qəzza sektorunda təcridinə baxmayaraq, anklav sakinləri yenə də xarici yardımdan asılı vəziyyətdədirlər.

Xəbər lenti

Xəbər lenti