...

Almaniya İranın səfirindən seçkilərin nəticələri ilə bağlı izahat tələb edib

Dünya xəbərləri Materials 15 İyun 2009 11:20 (UTC +04:00)

Almaniya İranın səfirindən cümə günü İran İslam Respublikasında keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı izahat tələb edib. Al Jazeera saytı məlumat verib.

Almaniyanın xarici İşlər naziri Valter Ştanmayer bazar günü bəyan edib ki, "namizəd - islahatçı Mir Hüseyn Musəvinin tərəfdarlarına qarşı olunan hərəkətlər qəbuledilməzdir". Mahmud Əhmədinejadın qələbə qazandığı seçkilərin nəticələrinin elan olunmasından sonra İranda kütləvi etiraz aksiyaları keçirilib.

Ştanmayer almaniya telekanalına müsahibəsində qeyd edib: "Biz Tehrandakı vəziyyətlə əlaqədar çox narahatıq. Belə ki, əlimizdə seçkilərin gedişi ilə bağlı qayda pozuntusu faktları mövcuddur". O, həmçinin əlavə edib ki, Almaniya seçkilərin nəticələrinə qarşı etiraz edənlərə münasibətdə görülən tədbirləri qəbuledilməz adlandırır.  

Şənbə günü rəsmi bəyannaməsində Avropa İttifaqı İranda keçirilən prezident seçkiləri, həmçinin vətəndaşların etiraz aksiyasının yatırılması ilə əlaqədar narahatlığını bildirib.

İtaliyanın xarici işlər naziri Franko Frattini Avropa ölkələrini "seçkinin nəticələrinin şəffaflığının təmin edilməsi, həmçinin İran xalqının hüquqlarının qorunması istiqamətində tədbirlər görüməyə" çağırır.

Xəbər lenti

Xəbər lenti