...

İordaniya və İngiltərə sülh məqsədləri üzrə nüvə əməkdaşlığı haqqında müqavilə imzalayacaqlar

Dünya xəbərləri Materials 18 İyun 2009 18:02 (UTC +04:00)

İordaniya və İngiltərə bazar ertəsi atom enerjisi sahəsində nüvə əməkdaşlığının inkişafı haqqında müqavilə imzalayacaqlar, ərəb qəzeti "əl-Bəyyan" məlumat verib.

Müqavilə İordaniya Kralı I Abdullanın bazar ertəsi Böyük Britaniyaya səfəri zamanı imzalanacaq.

30 il müddətində dinc atom sahəsində əməkdaşlıq haqqında müqavilə hər iki ölkənin Xarici İşlər Nazirlikləri tərəfindən iki il müddətində hazırlanıb. İordaniyanın MAQATE-dəki nümayəndəsinin sözlərinə görə, müqavilənin əsas məqsədi kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsi və atom elektrik stansiyalarının enerji istehsalı üçün istifadə olunmasıdır.

İordaniya Fransa, Çin, Rusiya, Kanada və Cənubi Koreya ilə bu tipli müqavilələr imzalayıb.

Xəbər lenti

Xəbər lenti