...

Türkiyə Albaniyanın NATO-ya daxil olmasını dəstəkləyir

Dünya xəbərləri Materials 19 İyun 2009 12:26 (UTC +04:00)

Türkiyə Albaniyanın NATO-ya daxil olmasını regionda təhlükəsizliyin inkişafı üçün vacib addım kimi dəstəkləyir. Bu barədə Türkiyə Baş qərargahının rəisi İlker Basbuq Albaniyaya rəsmi səfəri zamanı bildirib. Türkiyənin  The Journal of Turkish Weekly jurnalı məlumat verir.

Albaniyanın müdafiə naziri Qazmend Oketa ilə görüş zamanı Türkiyə Baş qərargahının rəisi Basbuq ölkənin Albaniya ordusu ilə sıx əməkdaşlığını qoruyub saxlamaq  istəyi barədə bildirib.

Albaniya naziri Oketa Türkiyəyə bu ölkəyə təhsil və səhiyyə sahəsində yardımına və dəstəyinə görə minnətdarlığını bildirib.  

Cümə axşamı Basbuq Albaniya Prezidenti Bamir Topi ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti