...

İsveç səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb

Dünya xəbərləri Materials 27 İyun 2009 13:20 (UTC +04:00)

İsveçin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. XİN İsveç səfirinə Stokholmda İran səfirliyinə hücumla bağlı etirazını bildirib. Bu barədə İran televiziyası məlumat yayıb.

İsveç səfiri baş vermiş hadisə ilə bağlı təəssüfləndiyini və İran tərəfinin etirazını ölkəsinin rəsmilərinə çatdıracağını bildirib.

Trend -un arayışı: Cümə günü İsveçdə nümayişçilər İran səfirliyinə hücum ediblər. Təqribən 150 nümayişçi İsveçin paytaxtı Stokholmda yerləşən İran səfirliyinin binasını tutmağa cəhd göstərib.

Xəbər lenti

Xəbər lenti