...

Almaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb

Dünya xəbərləri Materials 10 İyul 2009 14:55 (UTC +04:00)

Almaniyanın İrandakı səfiri Almaniyada yaşayan hicab geyinən misirli Mərvə Şirinin qətlə yetirilməsi ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

Misirli qadın Almaniya məhkəməsində 4 yaşlı uşağının gözü qrşısında və 3 aylıq hamilə olduğu halda 18 yerindən bıçaq yarası ilə qətlə yetirilib. Onu qorumağa çalışan həyat yoldaşı isə polislər tərəfindən açılan atəş nəticəsində 3 yerindən yaralanıb. Polislər bunun təsadüf olduğunu bildiriblər.

İranın Xarici İşlər Nazirliyi Almaniyanın səfirinə hadisə ilə bağlı etirazını bildirərək, Almaniyada yaşayan müsəlmanların, milli və dini azlıqların hüquqlarının qorunmasını tələb edib.

Xəbər lenti

Xəbər lenti