...

Türkiyə Kiprin təhlükəsizlik təminatçısı statusundan imtina etməyəcək - Baş nazirin müavini

Dünya xəbərləri Materials 21 İyul 2009 11:19 (UTC +04:00)

"Türkiyə Kiprin təhlükəsizlik təminatçısı statusundan imtina etməyəcək", - bazar ertəsi Türkiyə Baş nazirinin müavini Cemil Çiçək, Türkiyənin 1974-cü ildə adanın şimal hissəsinə hərbi müdaxiləsinin 35 illiyinə həsr olunmuş paradda deyib, Euronews yazır.

Bu, Kiprdə adanın Yunanıstan tərəfindən mənimsənilməsi tərəfindən çıxış edən yunan "qara polkovniklər"inin tərəfdarlarının üsyanından 5 gün sonra baş verib. Türk ordusunun adaya daxil olmasından sonra ada iki yerə bölünüb: Şimali Kipr Türk Cümhuriyyəti və sonradan Aİ-yə daxil olmuş Kipr Yunan Respublikası.

Türkiyənin 40 min nəfərlik ordusu hələ də adanın şimalındadır.

Şimali Kipr Türk Cümhuriyyəti beynəlxalq ictimaiyyət, o cümlədən də BMT tərəfindən tanınmayıb.

BMT Təhlükəsizlik Şurası Kiprin iki zonalı və iki icmalı - yunan və türk federasiyasının yaradılması yolu ilə birləşdirilməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti