...

İran Bloklara Qoşulmamaq Hərəkatı "üçlüyü"nə qoşulub

Dünya xəbərləri Materials 21 İyul 2009 11:56 (UTC +04:00)
"İran rəsmən Bloklara Qoşulmamaq Hərəkatı (BQH) "üçlüyü"nə qoşulub", - İranın MAQATE-dəki daimi səfiri Əli Əsgər Soltaniye deyib, Press TV saytı xəbər verir.
İran Bloklara Qoşulmamaq Hərəkatı "üçlüyü"nə qoşulub

"İran rəsmən Bloklara Qoşulmamaq Hərəkatı (BQH) "üçlüyü"nə qoşulub", - İranın MAQATE-dəki daimi səfiri Əli Əsgər Soltaniye deyib, Press TV saytı xəbər verir.

Soltaniye bildirib ki, İranın üzvlüyü bazar ertəsi Vyanada, BQH-də sədrliyin Kubadan Misirə ötürülməsi mərasimində qəbul edilib.

"Mərasim zamanı Misirin BQH-dəki nümayəndəsi Şarm əş-Şeyx sammitinin bəyanatını oxuyub. Orada İran BQH "üçlüyü"nün üzvü adlandırılıb", - Soltaniye Fars informasiya agentliyinə deyib.

BQH-nın yüksək səviyyədə 15-ci görüşü Misirin Şarm əş-Şeyx şəhərində bu həftə keçirilib.

Bu təşkilatın rəhbərləri bir sıra, o cümlədən qlobal sülh və təhlükəsizliyə təhdidlər, həmçinin qlobal iqtisadi ədalətsizlik və dünya maliyyə böhranının həlli məsələlərini nəzərdən keçiriblər.

BQH-nin əsası 1955-ci ildə qoyulub və təşkilat özündə dünya əhalisinin 56 faizini əhatə edən 118 üzv-dövləti ehtiva edir.

Xəbər lenti

Xəbər lenti