Rusiyanın Baş naziri Vladimir Putinin avqustun 6-da Ankaraya işgüzar səfəri iki ölkə arasında çoxplanlı tərəfdaşlıq münasibətlərinin gələcək inkişafına kömək edəcək. Bu barədə Türkiyə hökumətinin mətbuat xidmətindən çərşənbə axşamı məlumat verib.
"Səfərin gedişində iki ölkə arasında irəliləmiş çoxplanlı tərəfdaşlıq münasibətlərinin, mehriban qonşuluq və əməkdaşlıq ənənələrinə əsaslanan köklü münasibətlərin inkişaf imkanları nəzərdən keçiriləcək. Bu çərçivələrdə bir sıra müqavilə və protokollar imzalanacaq", - mətbuat xidmətinin saytında yerləşdirilən məlumatda deyilir.
"Baş nazir Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin danışıqlarında, həmçinin aktual regional və beynəlxalq problemlər üzrə fikir mübadiləsi də aparılacaq", - məlumatda qeyd olunur. Məlumatı RİA Novosti yayıb.
Danışıqların yekunu ilə bağlı iki ölkənin hökumət başçısı birgə mətbuat konfransı keçirəcək.
Putinin Ankaraya səfərindən əvvəl Türkiyə paytaxtında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası qarışıq komissiyanın doqquzuncu iclası keçirilir.
Verilən məlumatlara görə, orada ticari-iqtisadi münasibətlərin inkişafının gedişi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üzrə tədbirlər nəzərdən keçirilir.
Türkiyə və Rusiya böyük ticari-iqtisadi tərədaşlardır. Ötən ilin yekunlarına əsasən, ölkələr arasında ticarət dövriyyəsi təxminən 40 milyard dollar təşkil edib.
Komissiyanın iclasında müzakirə olunan məsələlər içərisində ikitərəfli ticarət dövriyyəsinin diversifikasiyası, ticari-iqtisadi əməkdaşlıq haqınqda yeni müqavilənin hazırlanması, ikitərəfli hüquqi-razılaşma bazasının inventarizasiyası, ikitərəfli ticarətdə məhdudiyyətlərin aradan qaldırılması, 2011-ci ildə başa çatan Qərb qaz kəməri ilə Türkiyənin Rusiyadan təbii qaz alması barədə hökumətlərarası müqavilənin müddətinin artırılması, "Mavi axın-2" layihəsinin realizəsi, rus və türk şirkətlərinin enerji layihələrində birgə iştirakı da var. Aralıq dənizi sahilindəki Akkuyu məntəqəsi yaxınlığında birinci AES-in tikintisi üzrə Türkiyənin elan etdiyi tender də diqqət mərkəzindədir. O, başaçatma mərhələsindədir və onun yekunları yaxın zamanda elan edilə bilər.
Tenderdə Rusiyanın "Atomstroyeksport", "İnter RAO EES" ASC və Türkiyənin Park Teknik şirkətlərinin daxil olduğu konsorsium iştirak edir.
Türkiyənin atom enerjisi agentliyi may ayında konsorsiumun - özündə Rusiyanın "AES-2006" layihəsi üzrə 1200 MVt gücü olan dörd enerji blokunun tikilməsini ehtiva edən - tender təklifinin bütün "texnoloji meyarlara" uyğun olduğunu hesab edib. Tenderin şərtlərinə əsasən, tədarükçü AES-in maliyyələşdirilməsi, tikintisi və istismarını, türk höküməti isə lisenziyalaşma və 2030-cu ildən gec olmayaraq, 15 il ərzində elektrik enerjisini almağa zəmanətini təmin edir.
Əvvəllər "Atomstroyeksport" tarifi 1 kVt/s üçün $0,21 səviyyəsində müəyyənləşdirməyi təklif edirdi. Ancaq bir qədər sonra onu dəqiqləşdirərək sifarişi 1 kVt.s üçün $0,1533 dollar səviyyəsində təsdiqləyib.
İyulun əvvəlində Moskvaya səfəri zamanı Türkiyənin enerji və təbii resurslar naziri Taner Yıldız Baş nazirin müavini İqor Seçinlə AES-in tikinti layihəsinin qiymətinin azaldılması imkanını müzakirə edib. Danışıqların yekununda Seçin bildirib ki, danışıqlar zamanı qiymətlərə AES tikintisi üzrə texniki təhlükəsizlik tələblərini pozmadan "normal səviyyədə" düzəliş verilməsi məsələləri nəzərdən keçirilib.