Türkiyənin "The Journal of Turkish Weekly" dərgisinin verdiyi xəbərə görə, Türkiyənin keçmiş diplomatı Ümid Pamir NATO-nun Məsləhət şurasının üzvü seçilib.
Türkiyənin NATO-da keçmiş daimi nümayəndəsi Pamir alyans üçün yeni strateji planın hazırlanması ilə məşğul olan 12 nəfərdən ibarət qrupa daxil olacaq. NATO-nun "müdriklər qrupu"na ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt başçılıq edəcək, Niderlandın "Royal Dutch Shell" neft şirkətinin sabiq rəhbəri Yerun van der Veer isə direktor müavini vəzifəsini tutacaq.
NATO-nun baş katibi, Danimarkanın keçmiş Baş naziri Anders Foq Rasmussen bildirib ki, strateji konsepsiya yenilənəcək və terrorizmlə mübarizədə yeni aspektləri özündə birləşdirəcək.
Straetji konsepsiya NATO-nun təhlükəsizlik üzrə mübarizədə əsas məqsədlərini və addımlarını işləyib hazırlayan rəsmi sənəddir. O, həmçinin təhlükəsizliyin əsas xüsusiyyətlərini özündə birləşdirir. Alyans bunun əsasında gələcək hərbi addımlar hazırlayır.