...

Ümid edirəm ki, Ermənistan Prezidenti Türkiyə-Ermənistan futbol matçına qatılacaq - Türkiyə Prezidenti

Dünya xəbərləri Materials 2 Oktyabr 2009 13:23 (UTC +04:00)

Türkiyə Prezidenti Abdullah Gül Naxçıvana türkdilli dövlət baçılarının toplantısına səfəri zamanı Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyə-Ermənistan futbol matçına gələcəyinə ümidli olduğunu bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalı var.

"Ümid edirəm ki, Ermənistan Prezidenti Türkiyə-Ermənistan futbol matçına qatılacaq. Furbol alicənablıqdır. Mən Ermənistana futbol matçını izləməyə gedərkən Ermənistan rəsmiləri qarşısında heç bir şərt qoymamışdım", - deyə Gül bildirib.

Prezident Gül onu da qeyd edib ki, Ermənistan Prezidentinin futbol matçını izləməsi üçün rəsmi dəvət göndərib.

Xəbər lenti

Xəbər lenti