Türkiyədə İslahatçı Sindikatlar Birliyinin başçısı Süleyman Çələbiyə silahlı hücum edilib. Bu barədə Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.
Süleyman Çələbi ayağından güllə yarası alıb. Çələbi xəstəxanaya aparılıb. Onun səhhətinin yaxşı, cinayətkarın isə həbs olunduğu bildirilir.