Türkiyənin İstanbul şəhərində Taksim meydanında Beynəlxalq Valyuta fondu və Dünya Bankı əleyhinə nümayiş keçirilir. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
Telekanalın verdiyi məlumata görə, yüzlərlə nümayişçi Taksim meydanına toplaşaraq Beynəlxalq Valyuta Fondu və Dünya Bankı əleyhinə şüarlar səsləndirirlər. İctimai asayişin qorunması üçün beş min polisin səfərbər olduğu bildirilir.