...

İranın müxalifət partiyasının üzvü partiyanın qərargahının açılması üçün məhkəmə sisteminin rəhbərinə müraciət edib

Dünya xəbərləri Materials 12 Oktyabr 2009 16:56 (UTC +04:00)
İran Parlamentinin nümayəndəsi və İranın müxalif “Etimad Milli” partiyasının Mərkəzi Şurasının üzvi Məcid Nəsirpur məhkəmə sisteminin rəhbəri Ayatolla Sadeq Laricaniyə məktub yazaraq partiyanın qərargahından plombun götürülməsini tələb edib.
İranın müxalifət partiyasının üzvü partiyanın qərargahının açılması üçün məhkəmə sisteminin rəhbərinə müraciət edib

İran Parlamentinin nümayəndəsi və İranın müxalif "Etimad Milli" partiyasının Mərkəzi Şurasının üzvi Məcid Nəsirpur məhkəmə sisteminin rəhbəri Ayatolla Sadeq Laricaniyə məktub yazaraq partiyanın qərargahından plombun götürülməsini tələb edib. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb.

Nəsirpur məktubda bildirir ki, İran prezidentliyinə keçmiş namizəd, "Etimad Milli" partiyasının baş katibi Mehdi Kərrubi seçkilərin nəticələri ilə bağlı etiraz məktublarını "Etimad Milli" partiyasının adından deyil, şəxsən öz adından ünvanlayıb. Sentyabr aytında Tehran Prokurorluğu Kərrubinin ofisini və partiyanın mərkəzi qərargahını plomblamışdı. Partiyanın Mərkəzi Şurası seçkilərdən sonra yaranmış gərgin durumu nəzərə alaraq həmin dönəmdə bu qərarın əleyhinə çıxış etməmişdi. Partiya hazırda vəziyyətin normallaşmasını nəzərə alaraq partiyanın mərkəzi qəragahından plombun götürülməsini xahiş edib.

Kərrubi İranda iyunun 12-də keçirilən prezident seçkilərində qalib gələn İran Prezidenti Mahmud Əhmədinejadın əsas rəqiblərindən biri olub.

Prezident seçkilərinin rəsmi yekunlarına əsasən, İrana rəhbərlik edən Əhmədinejad 62,63 faiz səs toplamışdı. Onun əsas rəqibi Mir Hüseyn Musəvi 33,75 faiz, İslam İnqilabı Mühafizə Korpusunun sabiq komandanı Möhsün Rezayi isə 2 faizdən çox səs qazanmışdı.

Xəbər lenti

Xəbər lenti