...

Kərzai qalib elan olunsa da, hakimiyyəti legitim olmayacaq - prezidentliyə sabiq namizəd (müsahibə)

Dünya xəbərləri Materials 20 Oktyabr 2009 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir D.Xatınoğlu/

Əfqanıstanda avqustun 20-də keçirilən prezident seçkilərində namizəd və Müstəqil Seçki Komissiyasının elan etdiyi nəticələrə əsasən, 500 min səs toplamaqla üçüncü yeri tutan Rəməzan Bəşərdust ilə Trend -un Fars redaksiyasının eksklüziv müsahibəsi

- Siz prezident seçkilərindən əvvəl Trend -a müsahibənizdə seçkilərin şəffaf keçiriləcəyinə inandığınızı bildirmişdiniz. Yenə də həmin fikirdəsiniz?

- Qəbul edirəm ki, mənim seçkilərin şəffaflığı ilə bağlı fikirlərim tamamilə səhv idi. Mən təsəvvür etməzdim ki, prezidentliyə namizədlər - Hamid Kərzai və Abdullah Abdullah bu səviyyədə saxtakarlıq edərlər. Onlar bütün vasitələrlə, o cümlədən merlər, əyalətlərdə ağsaqqallar, nüfuzlu şəxslər, nazirlər, xanların əli ilə və digər vasitələrlə böyük miqyasda saxtakarlıq etdilər.

- Okytabrın 19-da Müstəqil Seçki Komissiyası bəzi seçki məntəqələri üzrə səsləri ləğv edib. Qeyri-rəsmi məlumata əsasən, 950 min səs ləğv olunacaq. Ümumiyyətlə, siz Seçki Komissiyasının fəaliyyətini necə dəyərləndirirsiniz?

- Müstəqil Seçki Komissiyasi etiraf edib ki, bəzi işçilərinin də saxtakarlıqda rolu olub. Məndə olan məlumata görə, əsas saxtakarlıq hərbçilər, nazilər, merlər, qubernator və nüfuzlu şəxslərin əli ilə həyata keçirilib, xüsusilə də hərbçilər 30 ildir ki, Əfqanıstan əyalətlərində geniş nüfuza malik olduqları üçün hamişə saxtakarlıqla məşğul olublar.

- Bundan əvvəl xarici müşahidəçilər Əfqanıstanda keçirilən son prezident seçkilərində 1.5 milyon səsin şəffaflığına şübhə etdiklərini bəyan etdilər. Sizcə, Kərzainin hakimiyyəti nə dərəcədə legitimdir?

- Xarici müşahidəçilərin mövqeləri mənim üçün tam aydın deyil, yəni məncə, onlar ikili siyasət yürütdülər. Seçkilər ayqustun 20-də keçirildi. Avqustun 21-25-dək xarici müşahidəçilərin hamısı xalqın aktiv iştirakı, demokratik, şəffaf seçkilər və bu kimi məsələlərdən danışdılar. Lakin həmin tarixdən sonra əcnəbi müşahidəçilərin əksəriyyəti saxtakarlıq faktlarından və xalqın passiv iştirakından danışmağa başladılar. Avropa İttifaqının müşahidəçiləri 1.5 milyon səsin saxtalaşdırılmasını elan etdilər. 1.1 milyon saxta səs Kərzaiyə və 300 min Abdullaha məxsus idi. Seçki Komissiyasının əməkdaşları ilə görüşümdə onlar 2 milyon səsin şübhəli olduğunu və 2800 şikayətin daxil olduğunu bildirdilər. Komissiya bildirdi ki, şikayətlərin 751-i daha ciddi və diqqətçəkicidir.

- Seçkilər üzrə Şikayət Komissiyası bununla bağlı hansı addımları atıb?

- Seçkilər üzrə Şikayət Komissiyası Müstəqi Seçki Komissiyasına xəbərdarlıq etmişdi ki, hər hansı namizədin lehinə 90 faizdan çox səs olan qutu yenidən sayılmalıdır. Beləliklə, 3063 qutu yenidən sayılmalı idi. Təəssüf ki, BMT-nin Əfqanıstandakı nümayəndəsi Kay Ayde (Kai Eide), Seçki Komissiyasının rəhbəri və Seçkilər üzrə Şikayət Komissiyasının rəhbəri son nəticədə belə qərara gəldilər ki, yalnız istənilən 313 qutu seçilib, yenidən sayılsınə Lakin faktiki olaraq heç bunu da həyata keçirmədilər. Belə bir halda Kərzainin prezidentliyinin legitimliyi yoxdur.

Xəbər lenti

Xəbər lenti