...

Türkiyənin XİN rəhbəri həftənin sonunda Şimali İraqa səfər edəcək

Dünya xəbərləri Materials 26 Oktyabr 2009 13:08 (UTC +04:00)

Türkiyə və İraqın terrorist qruplaşmalarına qarşı əməkdaşlığı həftənin sonunda İraqın Ərbil şəhərində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və xarici ticarət naziri Zəfər Çağlayanın İraq hökuməti ilə görüşündə müzakirə ediləcək, CNN Türk saytı xəbər verir.

Türkiyənin xarici işlər naziri Kərkük və Ərbil şəhərlərində Türkiyə konsulluğunun açılması məsələsini müzakirə edəcək, həmçinin Bəsrə və Mosula səfər edəcək.

Əvvəlcə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iraqlı həmkarı Nuri-əl Maliki ilə Bağdadda keçirilən birgə konfransda bildirib ki, Türkiyə və İraq bundan sonra da terrorizmə qarşı birgə mübarizəni davam etdirəcəklər, Türkiyənin Anadolu informasiya agentliyi xəbər verib.

"Türkiyə irqi, dil və dini diskriminasiya olmadan tamamilə İraqın ərazi bötüvlüyü və birliyini dəstəkləyir", - Ərdoğan bildirib.

Türkiyənin Baş naziri İraqın şimal hissəsində yerləşən PKK ( Kürd İşçi Partiyası) terror təşkilatı ilə mübarizənin vacibliyini qeyd edib. "Biz İraqın mərkəzi hökuməti ilə razılaşdırılmış hərəkət edirik. Ümid edirəm ki, biz gələcəkdə də birgə mübrizəmizi davam etdirəcəyik", - o bildirib.

Xəbər lenti

Xəbər lenti