...

ABŞ-dakı iri yəhudi icmalarından biri Türkiyə ilə münasibətlərin pisləşməsinin qeyri-mümkün olduğunu bildirib

Dünya xəbərləri Materials 31 Oktyabr 2009 15:03 (UTC +04:00)
Amerikanın iri təşkilatlarından biri olan Anti-diffamasiya cəmiyyətinin (Anti-Defamation League ) rəhbəri Avraam Foksman deyib ki, Türkiyə ilə İsrail arasındakı gərginlik dərin "yəhudi-türk dostluğuna" təsir etməyəcək, CNN Türk saytı bildirib.
ABŞ-dakı iri yəhudi icmalarından biri Türkiyə ilə münasibətlərin pisləşməsinin qeyri-mümkün olduğunu bildirib

Yəhudi və türk cəmiyyətləri münasibətlərinə həsr olunmuş iclasda iştirak edən Foksman deyib ki, "bu dostluq möhkəm və qədim olduğu üçün yeni problemlər (Türkiyə və İsrail arasındakı) ona təsir edə bilməz"

Bu iki strateji tərəfdaş arasında munasibətlərin gərginləşməsi Ankaranın Türkiyənin Suriya və İranla yaxınlaşması fonunda İsrail ilə birgə hərbi təlimlərdə iştirakdan etiraz etməsindən sonra baş verib.

"Əgər Tükiyə ərəb və Yaxın Şərq ölkələri ilə yaxınlaşmaq istəyirsə - o zaman problem yoxdur. Amma nəyə görə bu, türk-yəhudi dostluğuna zərbə olmalıdır, mən ümid edirəm ki, bu, müvəqqəti xarakter daşıyacaq", - Foksman deyib.

1915-ci il "erməni soyqımı" barədə Foksman deyib ki, Anti-diffamasiya cəmiyyətinin bu məsələyə dair mövqeyi dəyişilməz qalıb.

Onun sözlərinə görə,"erməni soyqımı" problemi Amerika konqresində, yaxud Fransa parlamentində yox, Türkiyə ilə Ermənistan arasında həll olunmalıdır.

Obama administrasiyasını Osmanlı imperiyası zamanındakı 1915-ci il erməni "soyqırımı" adlandırılan faktı tanımağa səsləyən qətnamə layihəsi çərşənbə günü ABŞ konqresinin senatında təqdim edilib. Layihənin müəllifləri senator Robert Mendens (Nyu-Cersi ştatından olan demokrat) və Con İnsayndır (Nevada ştatından olan respublikalıdır), İTAR TASS-dan bildirilib.

Xəbər lenti

Xəbər lenti