...

Türkiyədə A/H1N1 virusunun qurbanlarının sayı 11 nəfərə çatıb

Dünya xəbərləri Materials 4 Noyabr 2009 10:49 (UTC +04:00)
Türkiyədə A/H1N1 virusu daha iki nəfərin ölümünə səbəb olub. Bu barədə Anadolu agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirib.
Türkiyədə A/H1N1 virusunun qurbanlarının sayı 11 nəfərə çatıb

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir R.Daraxşan /

Türkiyədə A/H1N1 virusu daha iki nəfərin ölümünə səbəb olub. Bu barədə Anadolu agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirib.

Məlumatda deyildiyi kimi, "donuz qripi"nin yeni qurbanları 31 yaşlı qadın və 55 yaşlı kişi olub. Bununla da, ölkədə A/H1N1 virusundan ölənlərin sayı 11 nəfərə çatıb.

Nazirlik məlumatında 2 yaşından kiçik uşaqlarda, xroniki xəstəlikləri olan insanlarda, hamilə qadınlarda və 65 yaşından yuxarı insanlarda qripin simptomları aşkar edildiyi halda dərhal həkimə müraciət etməyi tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti