...

Almaniyadakı türklər ölkələrinə qayıtmaq istəyirlər

Dünya xəbərləri Materials 20 Noyabr 2009 12:58 (UTC +04:00)
Almaniyada "Info GmbH ve Liljeberg Research International" adlı araşdırma mərkəzinin ölkədə yaşayan türklər arasında apardığı sorğu nəticəsində rəyi soruşulanların 45 faizinin Türkiyəyə qayıtmaq istədikləri bəlli olub.
Almaniyadakı türklər ölkələrinə qayıtmaq istəyirlər

Almaniyada "Info GmbH ve Liljeberg Research International" adlı araşdırma mərkəzinin ölkədə yaşayan türklər arasında apardığı sorğu nəticəsində rəyi soruşulanların 45 faizinin Türkiyəyə qayıtmaq istədikləri bəlli olub. Bu haqda Türkiyənin CNN Türk informasiya portalı məlumat verib. Sorğu nəticəsində o da bəlli olub ki, Türkiyəyə dönmək istəyənlərin böyük əksəriyyəti gənclərdir.

Almaniyada hal-hazırda iki milyon yeddi yüz min türk yaşayır, onların 30 faizi Almaniya vətəndaşıdır.

Xəbər lenti

Xəbər lenti