...

İran Rusiyanı beynəlxalq məhkəməyə vermək istəyir

Dünya xəbərləri Materials 20 Noyabr 2009 15:31 (UTC +04:00)
İran Parlamentinin Enerji Komissiyasının rəhbəri Həmidrza Katuzyan bildirib ki, Buşehr nüvə stansiyasının açılış mərasimi bir neçə dəfə təxirə salınıb. Rusiya tərəfi öz öhdəliklərini yerinə yetirməyib, İran tərəfi də milli maraqları müdafiə etməkdə zəiflik göstərib. "Bu səbəbdən Parlamentin Enerji Komissiyası Buşehr nüvə stansiyasında aparılan işləri araşdırmaq istəyir. Araşdırmanın nəticəsinə uyğun olaraq, İran tərəfindən məsul qurumlar İran məhkəməsinə, Rusiya isə beynəlxalq məhkəməyə veriləcək", - Katuzyan deyib.
İran Rusiyanı beynəlxalq məhkəməyə vermək istəyir

İran Parlamentinin Enerji Komissiyasının rəhbəri Həmidrza Katuzyan bildirib ki, Buşehr nüvə stansiyasının açılış mərasimi bir neçə dəfə təxirə salınıb. Rusiya tərəfi öz öhdəliklərini yerinə yetirməyib, İran tərəfi də milli maraqları müdafiə etməkdə zəiflik göstərib. "Bu səbəbdən Parlamentin Enerji Komissiyası Buşehr nüvə stansiyasında aparılan işləri araşdırmaq istəyir. Araşdırmanın nəticəsinə uyğun olaraq, İran tərəfindən məsul qurumlar İran məhkəməsinə, Rusiya isə beynəlxalq məhkəməyə veriləcək", - Katuzyan deyib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Rusiyanın enerji naziri Serqey Şmatko noyabrın 16-da Moskvada jurnalistlərə deyib ki, İranın Buşehr atom stansiyasında ciddi nailiyyətlər əldə olunub, ancaq zavod bu il işə düşməyəcək. İranın cənubundakı Buşehr obyektinin tam fəaliyyətə başlaması bir müddətlik təxirə salınıb. Rusiya və İran mühəndisləri stansiyanı fevral ayında sınaqdan keçirməyə başlamış və hər iki tərəfin rəsmiləri zavodun 2009-cu ildə işə düşəcəyini demişdilər. Buşehr obyektinin İranda istehsal edilən yanacaq əvəzinə Rusiyadan idxal olunan zənginləşdirilmiş uranla işləməsi nəzərdə tutulub.

Katuzyan əlavə edib ki, araşdırmalar zamanı İran Xarici İşlər Nazirliyinin, Atom Enerji Təşkilatının və Rusiya tərəfinin Buşehr nüvə stansiyası ilə bağlı gördüyü işlər araşdırılacaq.

"Parlamentin Enerji Komissiyası bir həftədən sonra Buşehr nüvə stansiyasında aparılan işləri araşdırmaq məqsədi ilə layihə hazırlayaraq parlamentə təqdim edəcək", - Katuzyan deyib.

Buşehr nüvə stansiyasının tikilməsi üçün İran və Rusiya arasında müqavilə 1995-ci ildə Tehranda imzalanıb. Müqavilənin ümumi dəyəri bir milyard dollardır. Buşehr nüvə stansiyasında işlər 1999-cu il yanvar ayının 8-nə kimi tamamlanmalı idi. Amma 10 il keçməsinə baxmayaraq, bu nüvə stansiyası hələ də fəaliyyətə başlamayıb. Buşehr nüvə stansiyasının tikintisini Rusiyanın "Atom İstroy Eksport" şirkəti aparır.

Xəbər lenti

Xəbər lenti