...

İran Hərbi Dəniz Qüvvələri iki "Əl-Qədir" tipli sualtı gəmini dənizə buraxacaq

Dünya xəbərləri Materials 23 Noyabr 2009 13:32 (UTC +04:00)
İran Hərbi Dəniz Qüvvələri (HDQ) komandiri Həbibullah Səyyari bildirib ki, HDQ iki "Əl-Qədir" tipli sualtı gəmini noyabrın 28-də Hərbi Dəniz Qüvvələri günündə dənizə buraxacaq.
İran Hərbi Dəniz Qüvvələri iki "Əl-Qədir" tipli sualtı gəmini dənizə buraxacaq

İran Hərbi Dəniz Qüvvələri (HDQ) komandiri Həbibullah Səyyari bildirib ki, HDQ iki  "Əl-Qədir" tipli sualtı gəmini noyabrın 28-də Hərbi Dəniz Qüvvələri günündə dənizə buraxacaq. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

"İki İran istehsalı olan "Əl-Qədir" tipli sualtı gəmi və dörd hava yastıqları üzərində hərəkət edən hərbi desant gəmisi əsaslı təmirdən sonra Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcək", - Səyyari bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib.

Cari ilin yanvar ayından HDQ üç "Əl-Qədir" tipli sualtı gəmini Bəndər Abbas limanında dənizə buraxıb. İran Müdafiə Nazirliyi həmçinin cari ilin may ayında "Yunis 6" hava yastıqları üzərində hərəkət edən hərbi desant gəmisinin istehsalına başladığını bildirib.

Xəbər lenti

Xəbər lenti