...

Azərbaycan ilə əlaqələr Türkiyə xarici siyasətinin ən vacib istiqamətlərindən biridir - Davudoğlu

Dünya xəbərləri Materials 31 Dekabr 2009 18:26 (UTC +04:00)
Azərbaycan ilə əlaqələr Türkiyə xarici siyasətinin ən vacib istiqamətlərindən biridir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə axşamı ilin yekunlarına həsr olunmuş press-konferensiyada deyib.
Azərbaycan ilə əlaqələr Türkiyə xarici siyasətinin ən vacib istiqamətlərindən biridir - Davudoğlu

Azərbaycan, Bakı, 31 dekabr / Trend , müxbir A.Axundov/

Azərbaycan ilə əlaqələr Türkiyə xarici siyasətinin ən vacib istiqamətlərindən biridir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə axşamı ilin yekunlarına həsr olunmuş press-konferensiyada deyib.

"Azərbaycan ilə əlaqələr Türkiyə xarici siyasətinin ən vacib istiqamətlərindən biridir. Azərbaycan-Türkiyə dostluğu gələcəkdə dahada möhkəmlənəcək", - Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin məqsədi yalnız Ermənistan ilə əlaqələri normallaşdırmaq deyil, həm də Qafqazda tam stabilliyi bərpa etməkdir.

"Türkiyənin məqsədi yalnız Ermənistan ilə əlaqələri normallaşdırmaq deyil, həm də Qafqazda tam stabilliyi bərpa etməkdir, yəni regiondaki bütün dondurulmuş münaqişələri həll etməkdir", - Türkiyənin xarici işlər naziri deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək Türkiyə üçün çox vacibdir.

Xəbər lenti

Xəbər lenti