...

Qəzza sektorundan İsrailə üç raket zərbəsi endirilib

Dünya xəbərləri Materials 9 Yanvar 2010 13:21 (UTC +04:00)
Son iki gün ərzində Qəzza sektorundan İsrailin cənub rayonlarına üç raket buraxılıb. Məlumatı "Haaretz" qəzeti yazır.
Qəzza sektorundan İsrailə üç raket zərbəsi endirilib

Son iki gün ərzində Qəzza sektorundan İsrailin cənub rayonlarına üç raket buraxılıb. Məlumatı "Haaretz" qəzeti yazır.

İki raket cümə günü axşam Şaar Haneqev regionunun yaxınlığında açıq sahəyə düşüb. Üçüncü raket isə şənbə günü səhər Eşkol şəhər Regional Şurasının yaxınlığında partlayıb.

İsrail KİV-ləri yaralılar və ya xəsarət alanlar barədə məlumat vermir.

Güman edilir ki, raketlər cümə axşamı İsrail ordusunun Qəzza sektorunun bəzi regionları üzrə keçirdiyi bir sıra hərbi hava əməliyyatlarına cavab olaraq buraxılıb. Əməliyyat nəticəsində aralarında 15 yaşlı yeniyetmənin olduğu 3 fələstinli həlak olub. Fələstinin tibb işçilərinin sözlərinə görə, 2 nəfər yaralanıb, onlarla insan dağıntılar altında qalıb.

Xəbər lenti

Xəbər lenti