...

İranın ali lideri ölkədəki siyasi partiyaları öz mövqelərini açıq şəkildə bildirməyə çağırıb

Dünya xəbərləri Materials 19 Yanvar 2010 16:46 (UTC +04:00)
İranın ali lideri ayətullah Əli Xamneyi siyasi partiya və blokları öz mövqelərini açıq şəkildə bildirməyə çağırıb. "Hazırda ölkədə olan bütün siyasi partiya və bloklar özləri ilə düşmənlər arasında olan fərqi aydınlaşdırmaq üçün mövqelərini açıq şəkildə bildirməlidirlər", - Xamneyi deyib.
İranın ali lideri ölkədəki siyasi partiyaları öz mövqelərini açıq şəkildə bildirməyə çağırıb

İranın ali lideri ayətullah Əli Xamneyi siyasi partiya və blokları öz mövqelərini açıq şəkildə bildirməyə çağırıb. "Hazırda ölkədə olan bütün siyasi partiya və bloklar özləri ilə düşmənlər arasında olan fərqi aydınlaşdırmaq üçün mövqelərini açıq şəkildə bildirməlidirlər", - Xamneyi deyib. Məlumatı İran televiziyasının rəsmi xəbər saytı yayıb.

Ayətullah Xamneyi bu gün İranın İslami Təbliğat Şurası və "Fəcr ongünlüyü" bayram tədbirlərinin təşkilatçısı olan qurumların rəhbərləri ilə görüşündə deyib ki, "iğtişaşlı, gərgin və çirklənmiş atmosferdən" çıxış yolu açıq şəkildə mövqe bildirmək və ikibaşlı danışmamaqdır. "Düşmənlər "atmosferin şəffaflaşmasını" istəmirlər. ona görə ki, iğtişaşlar onlara öz məqsədlərinə daha tez çatmaqda kömək edir", - ayətullah Xamneyi deyib.

O qeyd edib ki, düşmənlər İran xalqının həmrəylini dağıtmaq məqsədi ilə müxtəlif təbliğat vasitələrindən istifadə edərək, ölkə daxilində parçalanma və qruplaşmaların olduğunu tez tez vurğulayırlar.

Ayətullah Xamneyi deyib ki, "Fəcr ongünlüyü" mühüm hadisədir, çünki ötən 30 il ərzində xalqın birliyinin nümayişi bu bayram tədbirlərində olub. "Milyonlarla insanın hər il bəhmən ayının 22-də mitinqlərdə iştirak etməsi əhalinin İslam İnqilabına inamının nümunəsidir. Belə geniştərkibli iştirak İslam İnqilabı rejiminin xalqın istəyi ilə yaşadığını göstərir və düşmənlərin bu rejimi devirə bilməməsinin səbəbi də elə budur", - Xamenei deyib.

"İran İslam Respublikası xalqın istəyi ilə yaranıb və xalqın istəyi ilə indiyədək dayana bilib və bundan sonra da xalqın istəyi ilə düşmənlərə qələbə gələcək", - o deyib.

Hər il İranda İslam İnqilabının ildönümü münasibətilə bəhmən ayının 12-dən 22-dək "Fəcr ongünlüyü" bayram tədbirləri keçirilir. Bu il "Fəcr ongünlüyü" fevral ayının 1-dən 12-dək qeyd olunacaq.

İranda iyunun 12-də keçirilən prezident seçkilərinin nəticəsinə sabiq prezidentliyə namizədlər etiraz ediblər. İslahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi seçkilərdə geniş saxtakarlıq olduğunu bildiriblər. Seçkilərdən sonra İranda başlanan etiraz aksiyaları, müşahidəçilərin fikrincə, 1979-cu il İslam İnqilabından sonra analoqu olmayan səviyyədə keçib. Yüzlərlə siyasi fəal həbs edilib, onlarla vətəndaş həlak olub.

Xəbər lenti

Xəbər lenti