...

İranın Kirman əyalətində üç zəlzələ baş verib

Dünya xəbərləri Materials 27 Yanvar 2010 12:35 (UTC +04:00)
İranın Kirman əyalətinin Ravər şəhərində ötən 12 saat ərzində Rixter cədvəli üzrə bir dəfə 4,3, iki dəfə 2,6 bal gücündə zəlzələ baş verib.
İranın Kirman əyalətində üç zəlzələ baş verib

İranın Kirman əyalətinin Ravər şəhərində ötən 12 saat ərzində Rixter cədvəli üzrə bir dəfə 4,3, iki dəfə 2,6 bal gücündə zəlzələ baş verib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla saat 18:31-də, ikinci zəlzələnin bu gün səhər 06:47-də, üçüncü zəlzələnin isə 07:18-də baş verdiyini qeydə edib.

Zəlzələ nəticəsində ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.

2004-cü ildə Kirman əyalətinin Razvə şəhəri yaxınlığındakı Zərənd şəhərində Rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş vermişdi və həmin hadisədə 1000 nəfər həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti