...

Qərb ölkələri və ABŞ-ın kosmik stansiyaları yeni müharibələr üçün quraşdırılır - İran Prezidenti

Dünya xəbərləri Materials 3 Fevral 2010 13:44 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhəmədinejad bu gün İranda milli kosmos günü münasibəti ilə üç yeni peykin - "Misbah-2", "Tulu" və tələbələr tərəfindən düzəldilmiş "Navid" peyklərinin təqdimat mərasimində çıxışı zamanı bildirib ki, Qərb ölkələri və ABŞ kosmik stansiyalarını yeni müharibələr üçün yaradırlar. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı İRİBNEWS məlumat yayıb.
Qərb ölkələri və ABŞ-ın kosmik stansiyaları yeni müharibələr üçün quraşdırılır - İran Prezidenti

İran Prezidenti Mahmud Əhəmədinejad bu gün İranda milli kosmos günü münasibəti ilə üç yeni peykin - "Misbah-2", "Tulu" və tələbələr tərəfindən düzəldilmiş "Navid" peyklərinin təqdimat mərasimində çıxışı zamanı bildirib ki, Qərb ölkələri və ABŞ kosmik stansiyalarını yeni müharibələr üçün yaradırlar. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı İRİBNEWS məlumat yayıb.

Əhmədinejad əlavə edib ki, ABŞ və Böyük Britaniya dövlətləri 36 min kilometr yüksəklikdə kosmik stansiyalar quraşdırıb, lakin bu ölkələrin xalqları buna bir o qədər də sevinmir. "ABŞ, Böyük Britaniya və bəzi Qərb ölkələri yeni kosmik stansiyalar qurduqları zaman, həmin ölkələrin xalqları bilir ki, bu stansiyalar yeni müharibələr üçün yaradılıb. Bu səbəbdəndir ki, xalqlar sevinmir və narahatdır", -deyə Əhmədinejad deyib.

Əhmədinejad əlavə edib ki, İran xalqının hər bir sahədə əldə etdiyi nailiyyətlər dünyanın hər yerində xalqları sevindirir.

Xəbər lenti

Xəbər lenti