Qərb hazırda İranın nüvə ölkəsi olması faktını başa düşməlidir. Bu barədə İranın İtaliyadakı keçmiş səfiri Əbülfəzl Zöhrə Vənd cümə axşamı bildirib. İRNA Agentliyinin məlumatında deyilir.
Diplomat həmçinin qeyd edib ki, Vaşinqtonun Tehranla bağlı bu günkü siyasəti, həmçinin onun bu ölkəyə diplomatik sanksiyalar tətbiq etməsi və iranofobiyanı qızışdırması istiqamətində səyləri ABŞ-a heç bir fayda gətirməyəcək.
"İran həm regionda, həm də beynəlxalq aləmdə sülhün möhkəmləndirilməsi istiqamətində hərəkət edir", - Zörə Vənd bü günlərdə 20 faiz uranın zənginləşdirilməsi və nüvə texnologiyaları sahəsində İranın imkanları haqqında suallara cavab verərkən bildirib.
O qeyd edib ki, Qərb həm regionda, həm də Avropa ölkələri arasında mənasız olaraq gərginliyi saxlamaq niyyətindədir.