...

"Cundullah" lideri ölkə hüdudlarından kənarda həbs edilərək İrana gətirilib - DİN-in rəhbəri

Dünya xəbərləri Materials 23 Fevral 2010 12:35 (UTC +04:00)
İran DİN-nin rəhbəri Mustafa Məhəmməd Nəccar bildirib ki, Cundullah (Allah döyüşçüləri) terorist quruplaşmasının sünni lideri Əbdülmalik Riqi ölkə hüdularından kənarda həbs edilərək İrana gətirilib. Bu barədə Mehr xəbər agentliyi məlumat verib.
"Cundullah" lideri ölkə hüdudlarından kənarda həbs edilərək İrana gətirilib - DİN-in rəhbəri

İran DİN-nin rəhbəri Mustafa Məhəmməd Nəccar bildirib ki, Cundullah (Allah döyüşçüləri) terorist quruplaşmasının sünni lideri Əbdülmalik Riqi ölkə hüdularından kənarda həbs edilərək İrana gətirilib. Bu barədə Mehr xəbər agentliyi məlumat verib.

Nəccar Riqinin həbs edildiyi ölkənin adını çəkməyib.

Çərşənbə axşamı İran Milli Təhlükəsizlik orqanı tərəfindən Riqinin həbs olunması barədə məlumat daxil olub. İran kəşfiyyat idarəsinin mətbuat xidmətinin məlumatına əsasən, Riqi şərq ölkələrinin birində xüsusi əməliyyat nəticəsində həbs edilib.

İran hökuməti "Cundullah"ı kütləvi qətl törətməkdə, silahlı soyğun, oğurluq, partlayışlarda və təxribatlarda ittiham edir.

Riqinin rəhbərlik etdiyi "Cundullah" qruplaşması İranın cənub-şərqində fəaliyyət göstərir və İslamın sünni təriqətinə aiddir. Hərəkat  polislər və hərbi xidmətçilərin həlak olması ilə nəticələnən bir neçə partlayış təşkil edib.

Sonuncu irimiqyaslı teror aktını öz üzərinə götürən "Cundullah" 2009-cu ilin oktyabr ayında İranın cənub -şərqində partlayış törədib və 50 nəfərin həyatını itirməsinə səbəb olub.

Tehranın bildirdiyi kimi, "Cundullah" qruplaşmasının ABŞ və Böyük Britaniyanın xüsusi xidməti ilə əlaqələri var.

Xəbər lenti

Xəbər lenti