...

Türkiyə Ermənistanı bütün arxivləri açmağa və danışıqları üz-üzə aparmağa çağırır

Dünya xəbərləri Materials 5 Mart 2010 14:52 (UTC +04:00)
Türkiyə Ermənistanı bütün arxivləri açmağa və ABŞ Konqresi vasitəsilə təzyiq göstərməməyə, danışıqları üz-üzə aparmağa çağırıb. Bu barədə Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu bildirib.
Türkiyə Ermənistanı bütün arxivləri açmağa və danışıqları üz-üzə aparmağa çağırır

Türkiyə Ermənistanı bütün arxivləri açmağa və ABŞ Konqresi vasitəsilə təzyiq göstərməməyə, danışıqları üz-üzə aparmağa çağırıb. Bu barədə Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu bildirib. Məlumatı CNN Türk bildirib.

"Soyqırım" üzrə qətnamənin qəbulu gülməlidir, ona görə ki, qətnamənin bir səs fərq ilə qəbulu qəribə görünür", - nazir bildirib.

ABŞ Konqresinin Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

"Ermənistan ilə protokol imzalayaraq Türkiyə gələcək nəsillərə xalqlar arasında sülh və sabitlik yaratmağa çalışıb, ancaq ABŞ Konqresi komitəsində qətnamənin qəbulu onu göstərir ki, Yerevan bu məsələdə açıq fəaliyyət göstərmir", - Davudoğlu bildirib.

Türkiyənin XİN rəhbəri qətnamənin qəbul olunması ilə Ermənistan-Türkiyə protokollarıının ratifikasiya məsələsində Ankaraya təzyiq göstərə bilinəcəyi fikrini səhv hesab edir.

"Türkiyə bu məsələni 10 günə, Ermənistan isə 4 aya həyata keçirib", - Davudoğlu bildirib.

XİN rəhbərinin sözlərinə əsasən, Ermənistan və Türkiyəyə münasibətdə üçüncü ölkənin müdaxiləsi iki ölkə arasında barışıq prosesini çətinləşdirir.

"Erməni soyqırımı" haqqında qətnamənin qəbulu sübut edir ki, Konqres gələcək siyasi strategiyanın hazırlanmasında çox gücsüzdür", - türkiyəli nazir bildirib.

Xəbər lenti

Xəbər lenti