Türkiyə Prezidenti Abdullah Gül türkiyəli jurnalistlərə verdiyi açıqlamada bildirib ki, dünya ölkələrinin parlamentlərində "erməni soyqırımı" ilə bağlı müzakirələr aparılması düzgün deyil. Məlumatı Türkiyənin ANADOLU agentliyi yayıb.
"Erməni soyqırımı"nın dünya parlamentlərində müzakirəsi düzgün deyil", - Prezident Gül deyib. Gül onu da qeyd edib ki, siyasətçilərin tarixi məsələlərlə deyil, siyasətlə məşğul olmaları lazımdır.