...

İordaniya İranın nüvə probleminin həllində diplomatiyaya çağırır

Dünya xəbərləri Materials 17 Mart 2010 11:59 (UTC +04:00)
İordaniya İranın nüvə proqramı ilə bağlı mübahisələrin diplomatik yolla həll edilməsinə çağıraraq bildirir ki, bütün ölkələr dinc məqsədlərlə nüvə enerjisindən istifadə hüququna malikdir.
İordaniya İranın nüvə probleminin həllində diplomatiyaya çağırır

İordaniya İranın nüvə proqramı ilə bağlı mübahisələrin diplomatik yolla həll edilməsinə çağıraraq bildirir ki, bütün ölkələr dinc məqsədlərlə nüvə enerjisindən istifadə hüququna malikdir. Məlumatı Press TV AFP-yə istinadən yayıb.

"Ərəb ölkələrində təhlükəsizliyin və sabitliyin təminatı birbaşa regional təhlükəsizliklə bağlıdır", - İordaniyanın daxili işlər naziri Nayif əl-Qazi Tunisdə Ərəb Ölkələri Daxili İşlər Nazirləri Şurasının iclasında bildirib.

"Məhz buna görə də biz İranın nüvə proqramı ətrafında böhranla bağlı diplomatik və siyasi qərarları dəstəkləyirik", - o deyib.

Əl-Qazi Şuranın 27-ci iclasına rəhbərlik edir.

O əlavə edib ki, bütün ölkələr dinc məqsədlərlə nüvə enerjisindən istifadə hüququna malikdir və nüvə məsələləri bütün hallarda şəffaf həll olunmalıdır, həmçinin İsrail də istisna deyil.

Xəbər lenti

Xəbər lenti