...

İranda "Şərq" qəzetinin yenidən yayımlanmasına icazə verilib

Dünya xəbərləri Materials 17 Mart 2010 13:18 (UTC +04:00)
İranın "Şərq" qəzetinin icraçı direktoru Mehdi Rəhimiyan bu qəzetin yenidən yayımlanmasına icazə verildiyini bəyan edib. Bu barədə Trend News İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
İranda "Şərq" qəzetinin yenidən yayımlanmasına icazə verilib

İranın "Şərq" qəzetinin icraçı direktoru Mehdi Rəhimiyan bu qəzetin yenidən yayımlanmasına icazə verildiyini bəyan edib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Rəhimiyan əlavə edib ki, qəzet hələlik az tirajla yayıma buraxılıb və yeni ildən (İranda il martın 21-də dəyişir) qəzetin geniş miqyasda yayımına başlanacaq.

"Şərq" qəzeti 2007-ci il avqustun 6-da İranın İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası tərəfindən ictimai əxlaqazidd məlumatlar yaydığına görə bağlanmışdı.

Xəbər lenti

Xəbər lenti