İran İraqın daxili işlərinə qarışması barədə yayılan məlumatı inkar edib və bildirib ki, bu cür bəyanatlardan öz rəqiblərini zəiflətmək üçün İraqın bəzi siyasi qrupları tərəfindən istifadə olunur. Bu barədə MEHR agentliyi məlumat yayıb.
İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəsət deyib ki, İranın İraqda yeni hökumətin formalaşmasına təsiri barədə bəzi iraqlı siyasətçilərin bəyanatları həqiqətəuyğun deyil.
"İran hər zaman İraqda baş verən demokratik prosesləri dəstəkləyib və dəstəkləmək niyyətindədir", - Mehmanpərəst deyib.
O əlavə edib ki, İraqın seçki prosesində öz məqsədinə nail ola bilməyən bəzi siyasi hərəkatları bunda başqa ölkələri də günahlandırır və əhali arasında qələbə qazanmış rəqiblərinə qarşı inamsızlıq yaratmağa çalışırlar.
Mehmanpərəst İranın danışıqlar aparmaq üçün vasitəçi kimi çıxış etməyə və öz ərazisində İraq siyasi hərəkatına imkanlar yaratmağa hazır olduğunu bildirib.
O əlavə edib ki, İranın xarici siyasətinin əsasını başqa ölkələrin daxili işlərinə qarışmamaq və xüsusən də qonşu ölkələrlə ikitərəfli münasibətlərin inkişafı təşkil edir.