...

İran iddia edir ki, onun nüvə proqramının qanuniliyi şübhə yaratmır

Dünya xəbərləri Materials 5 Aprel 2010 18:00 (UTC +04:00)
İran bəyan edir ki, dünyanın nəhəng dövlətlərinin ölkəyə qarşı yeni sanksiyaların tətbiq olunması üsulları axtardığı bir vaxtda İranın uranın zənginləşdirilməsi işinin qanuniliyi "hər hansı bir şübhə" yaratmır.
İran iddia edir ki, onun nüvə proqramının qanuniliyi şübhə yaratmır

İran bəyan edir ki, dünyanın nəhəng dövlətlərinin ölkəyə qarşı yeni sanksiyaların tətbiq olunması üsulları axtardığı bir vaxtda İranın uranın zənginləşdirilməsi işinin qanuniliyi "hər hansı bir şübhə" yaratmır. Məlumatı Press TV yayıb.

İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bazar günü "əl-Kövsər"ə verdiyi müsahibəsində uranın zənginləşdirilməsinə dair işlərin davam etdirilməsi üçün İran tərəfinin hüquqi və məntiqi dəlillərini göstərib.

İranın nüvə silahının hazırlanmasında ittiham olunmasına gəldikdə, Mehmanpərəst bildirib ki, bu ölkələrin əksəriyyəti İranın nüvə texnologiyasından sülh məqsədi ilə istifadə etməsinə qadağa qoyur, lakin özləri nüvə arsenalının genişləndirilməsini davam etdirirlər.

"Bu ölkələr İranı uranı zənginləşdirməkdə günahlandırmağa tələsirlər, lakin Nüvə Silahının Yayılmamasına dair Müqaviləni imzalamayan və hər gün hərbi nüvə potensialının artırılması üzərində çalışan İsrailin arsenalında 200-dən çox nüvə döyüş başlığının olmasına susurlar", - Mehmanpərəst deyib.

Mehmanpərəst böyük nüvə dövlətlərini hüquqi öhdəliklərə uyğun olaraq nüvə arsenalının məhv edilməsi üzrə daha effektiv tədbirlər görməyə çağırıb.

O, həmçinin bildirib ki, nüvə proqramının dayandırılmasına məcbur etmək məqsədi ilə İrana qarşı sanksiyaların tətbiqi əks nəticələr verəcək.

Xəbər lenti

Xəbər lenti