...

Ərdoğan və Sarkozi Türkiyənin Aİ-yə daxil olması məsələsini müzakirə edir - agentlik

Dünya xəbərləri Materials 7 Aprel 2010 17:24 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Nikola Sarkozi ilə Türkiyənin Aİ-yə daxil olması məsələsi ilə bağlı görüş keçirir. Bu barədə Cihan agentliyi məlumat verib.

Görüş bağlı qapılar arxasında keçirilir. Agentlik diplomatik mənbələrə istinadən yazır ki, iki lider ilk növbədə Türkiyənin Aİ-yə daxil olması məsələsini müzakirə edəcək.

Fransa Türkiyənin Aİ-yə tamhüquqlu üzv olmasının əleyhinə çıxan və ittifaqa daxil olmağı istisna edərək Türkiyəyə üstün iqtisadi tərəfdaşlıq təklif edən ölkələrdən biridir. Çərşənbə axşamı Türkiyənin Baş naziri Sarayevoda bildirib ki, Türkiyəsiz Avropa İttifaqı sadəcə "xristian klubu" olacaq.

1999-cu ildən Türkiyə Avropa İttifaqına qəbul üzrə namizəd ölkə statusuna malikdir. 2005-ci ildən isə qəbulla bağlı rəsmi danışıqlar aparılır. Belə hesab olunur ki, Türkiyənin Avropa İttifaqına daxil olması qarşılıqlı iqtisadi fayda gətirəcək. Ankara Aİ-nin daxili bazarını nəzərəçarpacaq dərəcədə genişləndirəcək və yerli əhalinin sürətlə qocalmasından əziyyət çəkən Avropa şirkətlərinə işçi qüvvəsi verəcək. Bundan əlavə, türklərin ixtisas, təhsil və Avropanın kübar ənənələrini bilməsi baxımından problemlərinin olmaması da əlavə üstünlük gətirir.

Lakin bəzi məsələlər, məsələn, Kiprin Türkiyə hissəsinin qeyri-müəyyən statusu və Türkiyənin Yunanıstan Kipri ilə nəqliyyat əlaqəsini açmaqdan imtina etməsi, həmçinin Türkiyədə insan hüquqları sahəsində problemlərlə əlaqədar danışıqlar dalana dirənib.

Türkiyə əsas Avropa strukturlarının tərkibinə daxildir. Ölkə 1949-cu ildən Avropa Şurasının (Avropa dəyərlərinin müdafiəsi üzrə ilk ümumavropa təşkilatı), 1952-ci ildən isə Avropanın təhlükəsizlik üzrə əsas təşkilatı - NATO-nun üzvüdür.

Xəbər lenti

Xəbər lenti