...

İranın Ali Dini Lideri Tehranda keçirilən nüvə konfransı iştirakçılarına təbrik məktubu göndərib

Dünya xəbərləri Materials 17 Aprel 2010 12:53 (UTC +04:00)

İranın ali dini lideri ayətullah Əli Xamneyinin Tehranda keçirilən nüvə konfransı iştirakçılarına təbrik məktubunda deyilir ki, İran xalqı atom silahına qarşı mübarizədə bütün potensialından istifadı edəcək. Bu barədə o, IRINN telekanalının birbaşa efirində bildirib.

Həmçinin məktubda deyilir ki, nüvə texnologiyası insanın gündəlik həyatında xüsusi yer tutur. Bundan əlavə, bu, səhiyyə və sənaye sahəsində böyük nailiyyətlərə nail olmağa imkan verir.

Xameyni öz məktubunda bildirib ki,Yaxın Şərqin sülhpərvər xalqlarının gələcək nəsillərin sözügedən sahələrdə nailiyyətini təmin etməsi üçün dinc nüvə silahından istifadə hüququ var.

O, ABŞ-ı "nüvə silahından istifadə edərək cinayət törədən ilk ölkə" adlandırıb və əlavə edib ki, "bu ölkə nüvə silahsızlaşdırılması istiqamətində heç bir addım atmayıb və atmayacaq da". Xamneyi kütləvi qırğın silahlarından istifadə etməyi böyük günah və haram adlandırıb.

Şənbə günü Tehranda nüvə silahsızlaşdırılması üzrə beynəlxalq konfrans açılıb. "Dinc atom enerjisi hamıya, nüvə silahı heç kimə" devizi ilə keçirilən konfransda 70-dən çox ölkənin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Konfransı 300-ə yaxın iranlı və xarici jurnalist işıqlandırır.

Qarşıdakı diskussiyaların əsas mövsuzu nüvə silahsızlaşdırılması sahəsində mövcud problemlərin öyrənilməsi, ölkələrin kütləvi qırğın silahlarının tətbiq edilməməsi üzrə beynəlxalq öhdəlikləri, nüvə silahının istehsalına və istifadəsinə qadağa, nüvə silahına dini nöqteyi-nəzərindən baxılması olacaq.

Xəbər lenti

Xəbər lenti