Türkiyə hökuməti ümumxalq referendumunun keçirilməsinə hazırlaşmağa başlayıb. Referendumun nəticələrinə əsasən Türkiyə konstitusiyasının taleyi həll olunacaq. Bunu cümə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Məlumatı "Hurriyet" qəzeti yazır.
Fəaliyyət göstərən konstitusiyanın tam dəyişdirilməsi üçün Türkiyə hökuməti referenduma hazırlığa başlayıb.
Əvvəlcə konstitusiyaya dəyişikliklər Türk Parlamenti tərəfindən bəyənilməlidir. Əgər türk millət vəkilləri konstitusiyaya dəyişikliklərdən imtina etsələr, o zaman hökumət məsələni ümumxalq referendumuna çıxaracaq.
Dəyişikliklər prezidentin səlahiyyət müddətinin uzadılmasını, səlahiyyət müddəti bitmiş prezidentin öz namizədliyini yenidən irəli sürməsini, ölkədə ombudsman fəaliyyətinin həyata keçirilməsini və siyasi partiyaların bağlanması prosesinin çətinləşdirilməsini nəzərdə tutur.
Türkiyə rəhbərliyi mövcud konstitusiyanı olkənin inkişafı üçün əngəl sayır. İndiyə qədər, keçmiş koalision hökumətlərin Turkiyə konstitusiyasının hərbi xuntanı müdafiə etməsi haqqında çıxışlarına baxmayaraq, ölkənin əsas qanununun dəyişdirilməsi üçün ciddi bir addım atılmayıb.