...

İranda zəlzələ baş verib

Dünya xəbərləri Materials 13 May 2010 11:32 (UTC +04:00)

Bu gün səhər İranın Şimali Xorasan və Gülüstan əyalətləri sərhədində yerləşən Kəlalə şəhərində Rixter cədvəli üzrə 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 01:41-də baş verdiyini qeyd edib.

Məlumatda zəlzələ nəticəsində dağıntıların, ölən və yaralananların olmadığı bildirilir.

Xəbər lenti

Xəbər lenti