İranın İsfahan şəhər mərkəzi həbsxanasında iki narkotik qaçaqmalçısı edam olunub. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.
İsfahan əyalət prokurorluğunun mətbuat xidməti məlumat yayıb ki, Mürtəza və Əzizullah adlı şəxslər narkotik maddə olan heroin qaçaqmalçılığı ilə məşğul olduqları üçün edam cəzasına məhkum olunublar. Onların bağışlanması üçün edilən müraciət iki dəfə İsfahan əyaləti üzrə əfv komissiyası tərəfindən qəbul edilməyib və onlar edam olunublar.